Google əməliyyat sistemi ilə işləyən smartfon istifadəçiləri Google xidmətlərindən məhrum qala bilərlər, bu barədə "Rostelekom"un informasiya texnologiyaları üzrə vitse-prezidenti Dariy Xalitov bildirib.
"Xidmətlərin bir və ya digər şəkildə bloklanma riskləri çox yüksəkdir," — Xalitov RTVI-yə verdiyi müsahibədə qeyd edib. O, bunun Google Drive və Gmail kimi xidmətlərə, eləcə də geolokasiya işarələri, hava proqnozları, push-bildirişlər və digər funksiyaları əhatə edən Google Mobile Services-ə aid olduğunu vurğulayıb.
Onun sözlərinə görə, rusiyalılar anlamalıdırlar ki, bütün xarici xidmətlər "ümumiyyətlə yox ola bilər və ya onlardan istifadə etmək çətin ola bilər".
"Bu, təəssüf ki, bizim yaşadığımız reallıqdır," — "Rostelekom" vitse-prezidenti vurğulayıb.
Xalitov xatırladıb ki, Android əməliyyat sistemi Rusiya mənşəli deyil və "texnoloji baxımdan müstəqil deyil". "Son illərin təcrübəsi göstərir ki, bu dünyada hər şey baş verə bilər. Buna görə də, ümumiyyətlə, YouTube kimi xidmətlər və Android əsaslı telefonlar bəlkə balqabağa çevrilməyəcək, amma istifadəçilərimiz müəyyən çətinliklərlə üzləşə bilərlər," — Xalitov yekunlaşdırıb.
N.Təbrizli
www.anews.az