Rusiya əhalisinin yarıdan çoxu Vladimir Putini 2018-ci ildən sonra da Rusiya prezidenti vəzifəsində görmək istəyirlər.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, 2014-cü il 19-22 dekabr tarixlərində keçirilmiş sorğuya əsasən, əhalinin 55%-i Putinin 2018-ci ildə yenidən prezident olmasını istəyir.
Rəyi soruşulanların 18%-i hesab edir ki, 2018-ci ildə başqası prezident olmalıdır, 10% isə Vladimir Putinin siyasətini davam etdirəcək başqa bir şəxsə üstünlük verirlər.
Bundan başqa, rusiyalıların 54%-i əmindirlər ki, hazırda Rusiyada Vladimir Putini əvəzləməyə qadir bir adam yoxdur. Respondentlərin 24%-i düşünür ki, lazım gələrsə, Putini əvəzləyəcək adam tapmaq olar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !