Rusiyanı Qarabağa görə təklədilər

14:54 | 09.07.2014
Rusiyanı Qarabağa görə təklədilər

Rusiyanı Qarabağa görə təklədilər

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesində iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ətrafında kifayət qədər maraqlı vəziyyət yaranıb. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır.“Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiyadan ayrı fəaliyyət göstərməyə başlayıb. Belə ki, onlar Qarabağ münaqişəsinin nizamlanması prosesində daha çox gözləmə mövqeyində çıxış edir. Digər həmsədrlərin bu cür mövqe sərgilədiyini görən rəsmi Moskva münaqişənin nizamlanmasında onlarla birlikdə deyil, sərbəst öz oyununu həyata keçirməyə başlayıb. Deyə bilərk ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilk dəfədir ki, ayrıca birgə fəaliyyət göstərir. Rusiya isə çox passivləşib. Görünür, Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması ilə bağlı danışıqlarda müsbət nəticə əldə etməyə çalışır”, deyə erməni mətbuatında bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb