Rusiyanı ciddi cəza gözləyir

15:20 | 19.05.2015
Rusiyanı ciddi cəza gözləyir

Rusiyanı ciddi cəza gözləyir

Xokkey üzrə Rusiya komandası üzvlərinin dünya çempionatında son hərəkətləri onlara baha başa gələcək.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Xokkey Federasiyası (BXF) rusların finalda Kanada komandasına məğlubiyyətindən sonra himn səslənilmədən buz meydançasını tərk etməsinə görə Rusiyanı cəzalandıracaq. 

BXF prezidenti Rene Fasel Rusiyanın davranışını qəbuledilməz adlandırıb və rusiyalıların meydançadan çıxmasına görə məyus olduğunu söyləyib: "Çox güman ki, komandaya cəza veriləcək."

Rusiya Xokkey Federasiyasının prezidenti Vladislav Tretyak isə bu hərəkəti təşkilati səhv adlandırıb. O ölkə mətbuatına deyib ki, burada qarışıqlıq yaranıb. Oyundan dərhal sonra geyinmə otaqlarına gedən darvaza dərhal açılıb və oyunçular el biliblər onlar meydançadan çıxa bilərlər.

Xatırladaq ki, iki gün əvvəl Praqada keçirilən yarışmada Kanada Rusiyanı 6-1 hesabı ilə məğlub edib. Rusiyalı oyunçulardan çoxu gümüş medallarını götürərək, soyunub-geyinmə otaqlarına üz tutublar. Meydançada Aleksey Oveçkin və Yevgeni Malkin daxil olmaqla, bir neçə oyunçu qalıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM