Erməni etnosunun nümayəndələri Rusiya iqtisadiyyatı, bankçılıq, sığorta işi, tikinti və ticarətində möhkəm mövqelərə malikdir.
"Qafqazinfo” "Gradator.ru”ya istinadən xəbər verir ki, nüfuzlu "Forbes” jurnalının hazırladığı "Rusiyanın ən zəngin şəxsləri” siyahısında ilk yeddilikdə ermənilər yer tutublar.
Digərləri "Taşir” şirkətinin prezidenti və yaradıcısı, 3,4 milyard dollar sərvəti olan Samvel Karapetyan, "Rosqosstraxa”nın prezidenti Danil Xaçaturov (2 milyard dollar), 950 milyon dollar sərvətə sahib bankir Ruben Vardanyan, "Wooden Fish Agency”nin Müşahidə Şurasının rəhbəri Albert Avdopyan (800 milyon dollar) və "RESO-Qarantiya”dan olan qardaşlar- Nikolay və Sergey Sarkisovdur (Hər birinin 700 milyon dollar sərvəti var).
Rusiyada Erməni İttifaqının rəhbəri, erməni diasporasının bu ölkədəki ən zəngin nümayəndələrindən biri Ara Abramyan sərvətini almaz ticarətindən əldə edib. Onun qardaşı Qaqik Abramyan isə "Şoqakn” adlı almaz istehsal edən müəssisəyə rəhbərlik edib.
O, dəfələrlə Kreml tərəfindən, eləcə də bir çox nüfuzlu ictimai təşkilatlar tərəfindən təltif olunub. Həmçinin Rusiya Bioloji İnstitutunun ekspert heyətinin qərarı əsasında iki dəfə "Siyasət” kateqoriyasında "İlin adamı” adına layiq görülüb.
Bu il aprelin 16-da Moskvada onun 60 yaşı ilə əlaqədar təntənəli mərasim təşkil olunub. Qonaqlar arasında Ermənistan prezidenti Serj Sarkisyan, Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edib.
Bir sözlə, Abramyan bu gün Rusiya ilə Ermənistan arasında dostluq əlaqələrini möhkəmləndirən oliqarxlardan biridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !