Rusiyanın 74 regionunda donuz qripi aşkar edilib

09:38 | 07.12.2022
Rusiyanın 74 regionunda donuz qripi aşkar edilib

Rusiyanın 74 regionunda donuz qripi aşkar edilib

Rusiyanın 74 regionunda donuz qripi qeydə alınıb. Bu baradə Rusiya mediasında məlumat yaılıb.

Ölkənin infeksion şöbəsinin məlumatına görə, ölkədə kəskin respirator virus infeksiyası və qripə yoluxma son bir həftə ərzində 23 faiz artım müşahidə olunub.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko əhalini ictimai yerlərdə maska taxmağa çağırıb.
 
Onun sözlərinə görə, hazırda qrip və koronavirus infeksiyası sürətlə yayılır.

Nazir vurğulayıb ki, yeni il bayramlarından sonra və fevralın sonlarında infeksion xəstəliklərin yayılması pik həddə çatacaq.
 
Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.
Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

Donuz qripi tənəffüs yollarının iltihabıdır. Qripin A qrupuna aiddir. Adətən donuzlara yoluxur, lakin insanlara da keçə bilir. Bu qrip virusunun yeni ştammıdır və güman edilir ki, iki köhnə qrip virusunun eyni donuzu yoluxdurması nəticəsində yaranıb.

Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM