Rusiyanın Avropadakı aktivləri dondurulur

13:48 | 19.06.2015
Rusiyanın Avropadakı aktivləri dondurulur

Rusiyanın Avropadakı aktivləri dondurulur


Yukos şirkətinin sabiq səhmdarlarının maraqlarını təmsil edən GML şirkətinin direktoru Tim Osborne BBC-ə bildirib ki, Belçika və Fransada Rusiyaya məxsus əmlaka girişin məhdudlaşdırılması Haaqada yerləşən Arbitraj Məhkəməsinin qərarının icrasının reallaşdırılmasıdır.


Ötən il Arbitraj Məhkəməsi qərar verib ki, Rusiya Yukosun sabiq səhmdarlarına 52 milyard dollar ödəməlidir. Rusiya bu məbləği ödəməyib və məhkəmə qərarını yerinə yetirmək ilə bağlı istəkli olduğunu da göstərməyib.

Buna görə də, cənab Osborne Belçika, Fransa, Böyük Britaniya və ABŞ-da məhkəmələrə müraciət edərək təzminatın Rusiyanın bu ölkələrdəki əmlakı hesabına ödənilməsini istəyib. Onun sözlərinə görə, Belçika və Fransadakı əmlaklar ona görə dondurulub ki, iddiaçıların xeyrinə istifadə edilsin.

Eyni addımlar ABŞ və Böyük Britaniyada da atılacaq. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM