Rusiyanın BMT-dəki açıqlaması gündəm oldu - VİDEO

14:12 | 08.04.2022
Rusiyanın BMT-dəki açıqlaması gündəm oldu - VİDEO

Rusiyanın BMT-dəki açıqlaması gündəm oldu - VİDEO

BMT Baş Assambleyasının aprelin 7-si keçirilən iclasında maraqlı hadisə yaşanıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin iclas zamanı çıxış edərək bildirib ki, Rusiya BMT-nin İnsan Hüquqları Şurasında öz səlahiyyətlərinə vaxtından əvvəl son verir. O bildirib ki, Rusiya aprelin 7-si öz funksiyalarını icra etməyi dayandıracaq.

Kuzminin bu açıqlamasında sonra, Böyük Britaniya təmsilçisinə söz verilib və o, Rusiya təmsilçisindən etdiyi açıqlamanı aydınlaşdırmasını istəyib. O bildirib ki, Baş Assambleya səsvermə keçirərək Rusiyanın İnsan Hüquqları Şurasındakı üzvlüyünün dayandırılmasına səs verilib. O qeyd edib ki, Rusiyanın bu addımı işdən çıxarılan şəxsin "işdən çıxıram” deməsinə bənzəyir.

Bunun ardınca, Rusiya tərəfinə söz verilsə də, bu ölkənin nümayəndə heyəti kifayət qədər aydın açıqlama verdiklərini söyləyib.

Bu zaman Fransa nümayəndə heyəti Rusiya tərəfinin açıqlamasını anlamaq üçün tərcüməçilərin köməyinə müraciət edib.

Aprelin 7-si BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edib. 93 nümayəndə heyəti sözügedən qərarın lehinə, 24 heyət isə əleyhinə səs verib. 58 heyət isə bitərəf qalıb.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb