Rusiyanın bu aviaşirkətləri Azərbaycana uçuşları ləğv edib

21:33 | 29.12.2024
Rusiyanın bu aviaşirkətləri Azərbaycana uçuşları ləğv edib

Rusiyanın bu aviaşirkətləri Azərbaycana uçuşları ləğv edib

Rusiyanın "İrAero", "Ural Airlines" və "UTair" aviaşirkətlərinin Azərbaycana Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən reysləri ləğv edilib.Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, "UTair" Ufa və Samaradan Bakıya uçuşlarını ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Uçuşlar hələ də rezervasiya sistemindədir, lakin onların biletlərini ən azı yanvarın sonuna qədər almaq mümkün deyil.

Eyni zamanda, "UTair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri təxirə saxlanılır.

"İrAero" Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya uçuşları cədvəldən çıxarıb. Onların biletləri rezervasiya sistemindən tamamilə silinib. "İrAero"nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya uçuşları davam edir.

"Ural Hava Yolları" Soçidən uçuşları təxirə salıb. Moskva və Yekaterinburqdan Bakıya reysləri davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM