Rusiya Mərkəzi Bankı çətin günlər keçirən və fəaliyyətində problemlər yaranan ölkənin ən böyük özəl bankı "Otkritie Bank"ı xilas etmək məqsədilə maliyyə müəssisəsinə əl qoyub.
anews.az xəbər verir ki, aktivlərinə görə ölkənin ən böyük yeddinci bankı olan "Otkritie" kredit portfelində yaranan problemlər səbəbindən maliyyə çətinlikləri ilə üzləşib.
Bankı qurtarmaq üçün Rusiya Mərkəzi Bankının nə qədər vəsait xərcləyəcəyi bəlli deyil. Sadəcə, o bəllidir ki, maliyyə qiymətləndirmələrindən sonra MB bankın hissələrinin ən azı 75 faizini alacaq.
Bu günə qədər Rusiyanın ən böyük bank qurtarma əməliyyatı 2011-ci ildə reallaşıb. O dövrdə Mərkəzi Bank ölkənin beşinci ən böyük bankı - "Moskva Bankı" xilas etmək üçün 6,7 milyard dollar xərcləyib.
2016-cı ilədək Rusiyada 400 şöbəsi olan "Otkritie Bank" 29,000 korporativ, 3,4 milyon fərdi müştəriyə malikdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !