Əli Əhmədov: "Rusiyanın Ermənistana silah satması ikili standart və sabitliyin pozulması cəhdidir”
"Bəzi hallarda silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır”
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasını ikili standart, bölgədə sabitliyin pozulmasına cəhd kimi qiymətləndirib.
APA-nın məlumatına görə, Ə. Əhmədov bildirib ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktı bir çox beynəlxalq qurumlar tərəfindən də təsdiq etdiyi halda, işğalçı dövlətə silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulması, gərginliyin artması istiqamətində əlavə addımlar deməkdir.
Ə. Əhmədov onu da deyib ki, bəzi hallarda silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır: "Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistanın Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirirlər. Bəhanəni həmişə tapmaq olar. Biz bunu pisləyir və ikili standartların bariz forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !