Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin bazasında kəşfiyyat bölmələrinin təlimləri keçirilir.
APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildiriblər ki, "Kamxud” poliqonunda başlayan təlimlər üç gün ərzində əlbəyaxa döyüş, rəqibin hücumlarının dəf edilməsi, bıçaqla hücum edən rəqibin zərərsizləşdirilməsi ilə bağlı xüsusi kurs şəklində təşkil olunub.
Təlimlərə hərbi hissə komandirinin köməkçisi, fiziki hazırlıq və idman üzrə məsul şəxslər, 200-dən çox kəşfiyyatçı rəhbərlik edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !