Rusiyanın əsas müttəfiqi ona qarşı ticarət məhdudiyyətləri tətbiq edir

18:02 | 29.11.2024
Rusiyanın əsas müttəfiqi ona qarşı ticarət məhdudiyyətləri tətbiq edir

Rusiyanın əsas müttəfiqi ona qarşı ticarət məhdudiyyətləri tətbiq edir

Dekabrın 1-dən etibarən Çində ixrac nəzarətinə tabe olan ikili təyinatlı malların genişləndirilmiş siyahısı qüvvəyə minəcək. Bu, Rusiya biznesinə texnika, avadanlıq və kimyəvi maddələrin alınmasını çətinləşdirəcək. Bu barədə The Moscow Times  "İzvestiya" qəzetinə istinadən məlumat yayıb.

Yenilənmiş siyahıya İT avadanlığı, o cümlədən serverlər və komponentlər daxil ediləcək. Bu məhsulları artıq indidən Rusiyaya gətirmək çətindir, deyə "İmpaya Rus" şirkətinin kommersiya direktoru Aleksey Razumovski bildirib.

Həmçinin, məhdudiyyətlərə qaynaq üçün istifadə edilən arqon qazı da daxil ediləcək, deyə "Atvira" şirkətinin baş direktoru Yekaterina Kizeviç qeyd edir. Onun sözlərinə görə, hazırda yalnız əvvəlcədən razılaşdırılmış və ödənişi edilmiş həcmdə yüklər çatdırılır, lakin gələcək tədarüklər üçün müqavilələr hələ bağlanmayıb.

Yeni qaydalara əsasən, Rusiyaya ikili təyinatlı məhsullar ixrac edən Çin şirkətlərindən 25% vergi alınacaq, deyə Kizeviç bildirir. Bununla belə, Çin tərəfinin rəsmi açıqlamalarında bu barədə məlumat yoxdur.

Malların üçüncü ölkələr vasitəsilə Rusiyaya gətirilməsi də çətin olacaq: ÇXR-in ixrac nəzarəti xaricə edilən bütün tədarüklərə şamil edilir, deyə Milli Beynəlxalq İşgüzar Əməkdaşlıq Koordinasiya Mərkəzinin (NBƏKM) vitse-prezidenti Pavel Kuznetsov vurğulayır. Onun sözlərinə görə, Çin ixracatçıları xüsusi lisenziyadan əlavə, artıq məhsulun son alıcısı barədə məlumat təqdim etməlidir. Bu, ödənişlərin həyata keçirilməsi vəziyyətini xeyli çətinləşdirəcək, deyə "Birinci Qrup" ASC-nin baş direktoru Aleksey Poroşin hesab edir.

Bundan əvvəl Çin şirkətləri öz məhsullarını birbaşa Rusiyaya tədarük etməkdən imtina etməyə başlayıb və idxalatın üçüncü ölkələrə yönləndirilməsini tələb ediblər. Bu, xarici iqtisadi fəaliyyət kodlarının qadağa siyahısına düşən, məsələn, elektronika kimi mallara aid idi.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM