Rusiyanın hücumları dəf edilib - Ukrayna Baş Qərargahı

10:02 | 29.01.2023
Rusiyanın hücumları dəf edilib - Ukrayna Baş Qərargahı

Rusiyanın hücumları dəf edilib - Ukrayna Baş Qərargahı

Ukrayna Silahlı Qüvvələri Donbasda, Baxmut və Uqledar yaxınlığında Rusiyanın hücumlarını dəf edib.
 
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
 
Ukrayna Rusiya qüvvələrinə güclü zərbələr endirib.
 
"Son sutka ərzində Ukrayna aviasiyası işğalçıların cəmləşdiyi rayonlara 4 zərbə endirib, raket və artilleriyaçılarımız 2 komanda məntəqəsinə, 2 hava hücumundan müdafiə sisteminə, canlı qüvvənin cəmləşdiyi əraziyə, 1 sursat anbarına zərbələr endirib", - deyə məlumatda qeyd olunub.
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb