Rusiyanın iki hərbi gəmisi İstanbul boğazından keçib

16:31 | 01.02.2016
Rusiyanın iki hərbi gəmisi İstanbul boğazından keçib

Rusiyanın iki hərbi gəmisi İstanbul boğazından keçib

Türkiyə Sahil Mühafizə Komandanlığına aid iki kater onları müşayiət edib

Rusiya Hərbi Dəniz Donanmasına aid iki gəmi İstanbul boğazından keçib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiyanın Qara dəniz Donanmasına məxsus göyərtə nömrəsi 151 olan "Azov" və göyərtə nömrəsi 127 olan "Minsk" gəmiləri fevralın 1-də Çanaqqala boğazından keçərək, Egey dənizi istiqamətində hərəkət edib.

Türkiyə Sahil Mühafizə Komandanlığına aid iki kater Rusiya gəmilərini müşayiət edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM