Rusiyanın itkiləri 29 200-ə çatıb - RƏSMİ

10:10 | 23.05.2022
Rusiyanın itkiləri 29 200-ə çatıb - RƏSMİ

Rusiyanın itkiləri 29 200-ə çatıb - RƏSMİ

Fevralın 24-dən indiyədək Rusiyanın 29 200 hərbçisi zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Hücum edən tərəfin 1 293 ədəd tankı, 3 166 ədəd zirehli döyüş maşını, 604 ədəd artilleriya sistemi, 204 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 110 qanadlı raket, 2 206 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 476 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.

Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti mayın 25-dək qüvvədədir.

Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.

Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.

Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb. Məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb. Bildirilib ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.
 
Rusiya ordusunun Ukrayna ərazisindəki davranışları Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılır. Məhkəmənin baş prokuroru Kərim Xan bildirib ki, o, mümkün hərbi cinayətləri araşdırmaq üçün 42 müstəntiq, səhiyyə ekspertləri və digər mütəxəssislərdən ibarət qrup göndərib. 

Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM