Nazir iş başında öldü

13:58 | 08.09.2021
Nazir iş başında öldü

Nazir iş başında öldü

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.


Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.


O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.


Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM