• $
  • €
  • ₽
  • ₺
  • £

Səfərbərlik əmri Rusiyanın kişi əhalisini qaçmağa məcbur edib - Reuters

Səfərbərlik əmri  Rusiyanın  kişi əhalisini qaçmağa məcbur edib - Reuters
22.09.2022 18:48
Prezident Vladimir Putinin qismən səfərbərlik əmrindən sonra  Rusiyanın kişi əhalisinin bir qismi  sərhədlərə axışıb. Bu axın nəticəsində  Finlandiya və Gürcüstanla sərhəd keçid məntəqələrində nəqliyyatın hərəkəti çətinləşib və Moskvadan aviabiletlərin qiyməti bahalaşıb. Bu barədə Reuters agentliyi məlumat yazıb.

Rusiyada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə səfərbərlik əmri Putin tərəfindən  çərşənbə günü verilib. O, Ukraynanın bir hissəsini ilhaq etmək planının olaraq Qərbə xəbərdarlıq edib ki,  Rusiyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır.
 
Moskvadan ən yaxın ölkələrə bir istiqamətdə biletlərin qiyməti də 5000 dolları ötüb, yaxın tarixlər  üçün əksər aviabiletlər tamamilə satılıb.

Sosial media qruplarında  Rusiyanı necə tərk emək barədə  məsləhətlər gündəm oldu, rus dilində çıxan bir xəbər saytı "Rusiyadan indi hara qaçmaq olar?" başlıqlı siyahı təqdim edib.

Gürcüstanla sərhəddə uzun tıxaclar yaranıb. 

Soyadını gizli saxlayan rusiyalı Sergey Serbiyanın paytaxtı Belqrada gələrkən "Müharibə dəhşətlidir” deyib. "Müharibədən, ölümdən və belə şeylərdən qorxmaq ayıb deyil", - o əlavə edib.

Adını Aleks kimi təqdim edən digər rusiyalı Türkiyənin İstanbul şəhərində "Reuters" agentliyinə bildirib ki, Rusiyanı qismən səfərbərlik əmrinə görə tərk edib.

"Mənim burada olmağımın səbəblərindən biri qismən səfərbərlikdir. Bu olduqca pis addım kimi görünür və bir çox ruslar üçün çoxlu problemlərə səbəb ola bilər", - o deyib.

Onun fikrincə, rusların əksəriyyəti döyüşə getmək istəmir.

Özünü sadəcə Vasili kimi təqdim edən başqa bir rusiyalı  həyat yoldaşı, yeniyetmə qızı və altı çamodan yükü ilə İstanbula gəlib.

"Səfərbərlik qaçılmaz idi, çünki  canlı qüvvə çatışmazlığı var. Mən narahat deyiləm, çünki artıq 59 yaşındayam, oğlum da xaricdə yaşayır", - o deyib.

Cümə axşamı Qazaxıstanın Uralsk şəhəri yaxınlığında yerləşən  Rusiya-Qazaxıstan sərhədini keçən yük maşınının sürücüsü "Reuters" agentliyinə bildirib ki, Rusiya tərəfdə intensiv hərəkətin çahidi olub.  O, bundan sonrakı səyahətində çətinliyin yaranmaması üçün onun adını gizli saxlamağı rica edib. 

Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı bildirib ki, səfərbərliyə uyğun yaşda olan kişilərin ölkəni tərk etməsi ilə bağlı xəbərlər şişirdilib. Müharibə əleyhinə nümayişlərdə saxlanılan kişilərə çağırı vərəqələrinin verilməsi ilə bağlı yayılan informasiyalara gəlincə isə Peskov deyib ki,  bu qanuna zidd deyil.

Rusiyanın hökumətyönlü sosioloqları bildirir ki,  rusların 70%-dən çoxu Kremlin "xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyatı dəstəkləyir. Hərçənd  iyulda ictimaiyyətə sızdırılan sorğularda müharibənin əleyhinə olanlarla onun davam etməsini istəyənlərin sayının bərabər olduğu bildirilmişdi. 

Ukraynadakı müharibə on minlərlə insanın ölümünə səbəb olub, qlobal iqtisadiyyatda inflyasiya dalğası yaradıb və Qərblə qarşıdurmanın dərinləşməsinə səbəb olub.

Turizm sənayesindəki mənbə "Reuters"ə bildirib ki, insanlar çarəsiz halda Rusiyadan xaricə getmək üçün təyyarə bileti axtarır. 

"Bu, daha  sonra ölkəni tərk edə bilməyəcəklərindən qorxan insanların panik narahatlığıdır.  İnsanlar hara uçduqlarına əhəmiyyət vermədən bileti alırlar", - mənbə deyib. 
 
Finlandiya Sərhəd Mühafizəsi xidməti bildirib ki, Finlandiyanın Rusiya ilə şərq sərhədində  nəqliyyat sıxlığı yaranıb və cümə axşamı gündüz saatlarına qədər bu tendensiyanın davam edib. 
 
Bu ölməkdən daha yaxşıdır

"Sərhədə yığışanların sayı açıq aşkar artıb", deyən Finlandiya Sərhəd Mühafizəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri Matti Pitkaniitty "Reuters"ə bildirib ki, vəziyyət nəzarət altındadır. 

Oradakı digər sərhəd rəsmisinin "Reuters"ə bildirdiyinə görə, Vaalimaa məntəqəsində Rusiyadan gələn maşınların sayı çoxalıb. Belə ki üç avtomobil zolağının hər birinin 300-400 metri  avtomobillə doludur. 

Estoniya, Latviya, Litva və Polşa bazar ertəsi gecə yarısdan etibarən rusiyalıları sərhəddən buraxmayaraq  onları  Rusiya-Ukrayna müharibəsi müddətində səyahət etməməyə çağırıb. 

Rusiyanın "Aeroflot” milli aviaşirkəti səfərləri təxirə salınan, uça bilməyən şəxslərin pullarını geri qaytaracağını bildirib.

Rusiya polisi çərşənbə günü Rusiyada verilən səfərbərlik əmrini pisləyərək etiraz aksiyalarında iştirak edən 1300-dən çox insanı saxlayıb.

Məlumata görə, həbslərə baxmayaraq, müharibə əleyhinə etiraz hərəkatı  olan "Vesna" (Bahar) şənbə günü axşam Rusiyada daha çox etiraz aksiyası keçirmək üçün Telegram kanalında çağırış yerləşdirib.

"Rejimin süqutu ilə aksiyanın sona çatması üçün etirazçıların sayı artmalıdır. Biz getdikcə daha çox insanı meydana çıxarmalıyıq və bunun üçün sizin köməyinizə ehtiyacımız var. Əks halda, heç nə alınmayacaq", - həmin çağırışda deyilib.

Çağırışda həmçinin qeyd edilib ki, "cərimə və ya bir neçə günlük həbs dəfn olunmaqdan daha yaxşıdır”. 
 
Ləman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Rusiya ordusu Xarkovu bombalayıb, 2 nəfər ölüb
Dünya 17:16
Rusiya ordusu Xarkovu bombalayıb, 2 nəfər ölüb

Zelenski: Almaniya ilə 8,5 milyard avro dəyərində 15 saziş imzalanıb
Dünya 15:32
Zelenski: Almaniya ilə 8,5 milyard avro dəyərində 15 saziş imzalanıb

Konqoda Ebola epidemiyası nəticəsində 4 114 nəfər ölüb
Dünya 15:23
Konqoda Ebola epidemiyası nəticəsində 4 114 nəfər ölüb
Fransada etirazlar fonunda 500-ə yaxın məktəb bağlanacaq
Dünya 15:03
Fransada etirazlar fonunda 500-ə yaxın məktəb bağlanacaq
Kreml vəba xəstəliyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Dünya 14:43
Kreml vəba xəstəliyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Rusiyada Tu-95MS-in qəzaya uğraması nəticəsində 8 zabit ölüb
Dünya 14:08
Rusiyada Tu-95MS-in qəzaya uğraması nəticəsində 8 zabit ölüb
“Flydubai” təyyarəsinin ələ keçirilməsi ilə bağlı yeni təfərrüatlar açıqlanıb
Dünya 23:37
“Flydubai” təyyarəsinin ələ keçirilməsi ilə bağlı yeni təfərrüatlar açıqlanıb
İranın neft naziri istefa verib
Dünya 21:22
İranın neft naziri istefa verib
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 20-yə yüksəlib
Dünya 20:57
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 20-yə yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol