Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Türkiyəyə səfər edib

23:00 | 17.10.2019
Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Türkiyəyə səfər edib

Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Türkiyəyə səfər edib

Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report” xəbər verir ki, məlumatı "THM Haber” yayıb.
Bildirilib ki, görüş Türkiyə prezidenti aparatının binasında keçirilib. Tərəflər Suriyadakı son vəziyyəti, "Barış pınarı” antiterror əməliyyatını, İdlib və Menbicdəki hadisələri müzakirə ediblər.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına və qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM