Rusiyanın türkdilli respublikaları TÜRKSOY-la əməkdaşlığı dayandırır

15:32 | 30.11.2015
Rusiyanın türkdilli respublikaları TÜRKSOY-la əməkdaşlığı dayandırır

Rusiyanın türkdilli respublikaları TÜRKSOY-la əməkdaşlığı dayandırır

Rusiyanın türkdilli federasiya subyektləri TÜRKSOY təşkilatı ilə əməkdaşlığı dayandırmağa başlayıblar.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, artıq Xakasiya və Tıva respublikaları bu təşkilatla əlaqəni kəsdiklərini bəyan ediblər. "Biz Rusiya Mədəniyyət Nazirliyinin mövqeyini dəstəkləyirik və bu təşkilatla bütün əlaqələri dərhal dayandırırıq. Daha əvvəl biz beynəlxalq televiziya musiqi yarışması olan "Türkvision”da iştirak edirdik. İndi biz bu sahədə də əməkdaşlığı davam etdirməyi düşünmürük”, - deyə Xakasiya mədəniyyət nazirinin müavini Yuliya Troşkina deyib. Eyni zamanda Tıva vilayətinin mədəniyyət nazirinin müavini Vera Lapşakova da gələn illərdə TÜRKSOY-la heç bir layihə planlaşdırmadıqlarını açıqlayıb.
 
Qeyd edək ki, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Yakutiya, Tatarıstan, Tuva və Xakasiya respublikalarına TÜRKSOY-la əlaqələri dərhal kəsmək barədə müraciət ünvanlayıb. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, qərara səbəb Türkiyənin Rusiyaya məxsus "Su-24" təyyarəsini vurduğu üçün hələ də üzr istəməməsidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti