Rusiyanın Türkiyə sərhədində məxfi fəaliyyəti

12:20 | 17.10.2015
Rusiyanın Türkiyə sərhədində məxfi fəaliyyəti

Rusiyanın Türkiyə sərhədində məxfi fəaliyyəti

Türkiyə hərbi aviasiyasının təyyarələri Suriya ilə sərhəddə dolaşan pilotsuz uçan aparatı məhv edib.

 ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatında fotoları yayılan qurğunun Rusiyanın məxfi bir qurumuna aid olduğu bildirilir. 

"Qazeta.ru” saytının məlumatına görə, Türkiyə mətbuatında yayılmış vurulan pilotsuz uçan aparata aid fotolar "Orlan” marka uçan qurğuları istehsal edən xüsusi texnologiya mərkəzinə göndərilib. Şirkət rəsmisi Aleksey Kristman Türkiyə hərbi aviasiyasının vurduğu pilotsuz uçan aparatın "Orlon” marka olmadığını və həmin mərkəzdə istehsal edilmədiyini bildirib. 

"Şəkildəki pilotsuz uçan aparat qətiyyən "Orlan” deyil. Bunun ölçüsü və texniki xüsusiyyətləri fərqlidir.” 

Saytın Rusiya müdafiə sənayesindəki mənbəyə istinadən verdiyi məlumata görə, aparat Rusiya istehsalı olsa da onu istehsal edən mərkəzin adı məxfi saxlanılır. Mənbə həmçinin bu qurğunun Müdafiə Nazirliyi tərəfindən yox, başqa bir orqan tərəfindən istifadə olunduğunu, amma bu orqanın adını açıqlaya bilməyəcəyini deyib. 

Rusiya Suriya ərazisində İŞİD-ə qarşı hava hücumuna başlayandan bəri Türkiyə qırıcıları ilə havada 13 dəfə təhlükəli vəziyyət yaradaraq, qarşı-qarşıya gəlib. 

2015-ci il oktyabrın 3-dən 10-dək olan dövrdə Rusiyanın və Türkiyənin qırıcı təyyarələri 13 dəfə bir-birinə qarşı təhlükəli yaxınlaşma reallaşdırıb. 

Rusiyanın Ankaradakı səfirliyi Türkiyənın hava məkanının pozulması ilə bağlı açıqlama verib ki, Rusiya tərəfi məsələ ilə bağlı Türkiyənin Moskvadakı səfirliyinə izahat təqdim edib.

Oktyabrın 3-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda hava sərhədini pozub. Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq hadisə ilə bağlı ona etiraz notası təqdim edib. Nazirlikdən bildirilib ki, Rusiyanın səfiri Türkiyə XİN-ə çağırılaraq, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi tələb edilib: "Əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM