Rusiyanın Ukrayna ilə sərhəddə 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb

19:34 | 16.07.2024
Rusiyanın Ukrayna ilə sərhəddə 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb

Rusiyanın Ukrayna ilə sərhəddə 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb

Rusiyanın Belqorod vilayətində Ukrayna ilə həmsərhəd 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb.Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib.

O qeyd edib ki, yalnız kişilər zirehli maşınlarda və gülləkeçirməz jiletlərdə müşayiətçi ilə birlikdə buraxılacaq.

Qubernator Qladkovun sözlərinə görə, məhdudiyyət "çətin əməliyyat vəziyyəti” ilə əlaqədardır. Bu qəsəbələrə ictimai nəqliyyatın girişi qadağan olunacaq. Tərk edilmiş evlər razılaşdırılmış prosedur və qrafikə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən mühafizə olunacaq.

Sakinlər evlərinə getmək istəsələr, qəsəbə və ya bələdiyyə başçılarına ərizə ilə müraciət etməli olacaqlar. Qadınlar və uşaqlar bu qəsəbələrə buraxılmayacaq.

Məhdudiyyətlər iyulun 23-dən qüvvəyə minəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM