Rusiyanın NATO-dakı daimi nümayəndəsindən Dağlıq Qarabağ açıqlaması

00:08 | 08.04.2014
Rusiyanın NATO-dakı daimi nümayəndəsindən Dağlıq Qarabağ açıqlaması

Rusiyanın NATO-dakı daimi nümayəndəsindən Dağlıq Qarabağ açıqlaması

“NATO rəhbərliyi səviyyəsində iddia edirlər ki, guya postsovet məkanındakı “dondurulmuş” münaqişələri - Abxaziya, Osetiya, Dnestryanı və hətta Dağlıq Qarabağ münaqişələrini Moskva yaradıb və bunlar NATO-nun genişlənməsinin qarşısını almaq üçün edilir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko "Kommersant" qəzetinə müsahibəsində deyib. O bildirib ki, Şərqdən NATO-nu heç kəs təhdid etmir: “Bunu anlamaq üçün hərdən Avropanın siyasi xəritəsinə baxmaq kifayətdir. Mərkəzi və Şərqi Avropa ölkələrinin müdafiəsizliyi barədə mifə kim inana bilər? Onlar tamamilə NATO-nun müdafiə sisteminə inteqrasiya olunublar. Rumıniya, Bolqarıstan və Polşada ABŞ hərbi obyektləri mövcuddur. Şübhə etmirəm ki, “Rusiya təhdidi” haqqında bənzəri görünməmiş kampaniyanın bir məqsədi var - ictimai fikri NATO-nun əvvəlki kursa qayıtmasının düzgünlüyə inandırmaq”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM