Rusiyanın yeganə liberal telekanalı vuruldu

12:17 | 09.12.2014
Rusiyanın yeganə liberal telekanalı vuruldu

Rusiyanın yeganə liberal telekanalı vuruldu

Rusiyanın "TV Dojd" liberal televiziya kanalı Moskvada kirayə etdiyi studiyasını tərk etməyə məcbur olub.

Son bir neçə ay ərzində telekanal artıq 2-ci dəfədir ki işlədiyi studiyasından köçməli olur.

Özəl "TV Dojd" kanalı Rusiyanın dövlət kanallarından fərqli olaraq, verilişlərində alternativ baxış və rəy müəlliflərinə çıxış etmək, fikirlərini tamaşaçılarla bölüşmək imkanı yaradırdı.

Sibirin Tomsk şəhərində fəaliyət göstərən daha bir özəl "TV2" telekanalı bu ilin sonunadək bağlanmaq təhlükəsilə üzləşib.

"TV Dojd" verilişlərini bazar ertəsi günü Moskvadakı şəxsi mənzildən davam etdirməli olub, bu zaman ev studiyasının əsas əşyası kimi telekadrda ailəvi divan görünüb.

Telekanalın direktoru Natalya Sindeyeva, telekanalın müvvəqqəti olaraq verilişlərini mənzildən davam etdirəcəyini bildirib.

"TV Dojd" oliqarx Mixail Proxorovun Oneksim şirkətinə məxsus Snob jurnalının yerləşdiyi binada fəaliyyət göstərirdi.

Xəbərlərə görə, Snob jurnalının rəhbərliyi "TV Dojd" telekanalından binanı tərk etməyi xahiş edib.

Oktyabr ayında telekanal bundan əvvəlki studiyasını da tərk etməyə məcbur olmuşdu.

Studiyanın yerləşdiyi biznez mərkəzinin direktoru "TV Dojd" ilə arenda müqaviləsini uzatmaqdan imtina etmişdi.

Snob jurnalının direktoru Marina Gevorkyan Interfax agentliyinə deyib ki, jurnalın telekanal ilə arenda müqaviləsi heç zaman olmayıb.
Onun sözlərinə görə, Snob dərgisi telekanala yardım göstərərək, binasından fəaliyyət göstərməyə imkan vermişdi, lakin indi "yeni layihələr səbəbindən binanın yeni sahələrinə ehtiyac yaranıb".

"TV Dojd" telekanalı 2011-ci ildə Rusiyada hökümət əleyhinə etirazları geniş işıqlandırdıqdan sonra məhşurlaşmışdı.

Kreml tərəfdarları uzun müddətdir ki, bu kanalın, rəsmi siyasi xətlə uyğun gəlməyən verilişlərinə görə bağlanmasına çağırıblar.
Ötən həftəsonu telekanal Kremlin məşhur tənqidçisi Mixail Xodokovski ilə telekörpü formatında Rusiyanın gələcyi mövzusunda teledebatlar təşkil etmişdi.

Bu arada 1991-ci ildən Tomsk şəhərində fəaliyyət göstərən özəl TV2 telekenalı bağlanma təhlükəsilə üzləşib.

Rusiyanın sonuncu müstəqil telekanalı sayılan TV2 şirkəti televiziya siqnalının ötürülməsini təmin edən Rusiya dövlət televiziyasının regional şöbəsindən gələn il TV2-nin yayım lisenziyasının uzadılmayacağı barədə xəbərdarlıq alıb.

BBC Azeri
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti