Bu günə qədər Azərbaycan və Türkiyə Rusiyaya 13,3 milyon ədəd yumurta ixrac edib. Bu barədə İnterfaks Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə istinadən yazıb.
"Fevralın 1-dən 4-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan "Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 1,5 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurtanın növbəti partiyası daxil olub”, - məlumatda qeyd edilib.
Bununla da, 1,2 milyard yumurtanın idxal ediləcəyi planlaşdırılır.
Rusiya bazarı 2023-cü ilin noyabrında Azərbaycan məhsulları üçün açılıb. Oradan 612 min ədəd (36 ton) həcmində yumurtanın ilk tədarükü dekabrın 19-da baş tutub.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !