Rusiyaya 13 milyondan çox yumurta idxal edilib

15:48 | 05.02.2024
Rusiyaya 13 milyondan çox yumurta idxal edilib

Rusiyaya 13 milyondan çox yumurta idxal edilib

Bu günə qədər Azərbaycan və Türkiyə Rusiyaya 13,3 milyon ədəd yumurta ixrac edib. Bu barədə İnterfaks Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə istinadən yazıb.

"Fevralın 1-dən 4-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan "Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 1,5 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurtanın növbəti partiyası daxil olub”, - məlumatda qeyd edilib.

Bununla da, 1,2 milyard yumurtanın idxal ediləcəyi planlaşdırılır.

Rusiya bazarı 2023-cü ilin noyabrında Azərbaycan məhsulları üçün açılıb. Oradan 612 min ədəd (36 ton) həcmində yumurtanın ilk tədarükü dekabrın 19-da baş tutub.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM