Rusiyaya hərbi cavab hazırlanır - Keçmiş səfir detalları açıqladı

19:00 | 06.12.2018
Rusiyaya hərbi cavab hazırlanır - Keçmiş səfir detalları açıqladı

Rusiyaya hərbi cavab hazırlanır - Keçmiş səfir detalları açıqladı

ABŞ Kerç boğazında Rusiyanın təcavüzünə cavab olaraq iqtisadi sanksiyaların tətbiqinə, həmçinin Ukraynaya hərbi texnikayla ciddi yardıma baxır.

Anews.az publika.az-a istinadla xəbər verir ki, bu haqda ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor "Apostrof" nəşrinə açıqlamasında bildirib.

"Mən artıq hökumətdə deyiləm, amma administrasiya, Dövlət Departamenti, Konqres və başqa strukturlarda işləyən insanlarla danışıram. ABŞ müxtəlif addımlara baxır. Artıq "Şimal axın-2" üzrə sanksiyaların tətbiqi imkanı müzakirə edilir. Yeni iqtisadi sanksiyalara baxılır", - o deyib.

Onun sözlərinə görə, NATO-nun Ukraynaya ölkənin müdafiə qabiliyyətini artıracaq yeni avadanlıqların çatdırılması müzakirə olunur. Keçmiş səfir qeyd edib ki, gəmi əleyhinə raketlər, dəniz radiolokasiya sistemləri və patrul katerlərindən söhbət gedir.

Teylor həmçinin bildirdi ki, Qara dənizdə mümkün birgə təlimlər müzakirə mövzusudur.

"Həmçinin NATO Qara dənizdə Ukrayna ilə birgə təlimlər keçirə bilər. Qara dənizdə NATO-nun əlavə hərbi dəniz qüvvələrinin yerləşdirilməsi mümkündür. Beləliklə, indi bir çox variant müzakirə edilir", - o vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM