Rusiyaya qarşı sanksiyalar Ermənistana nə kimi zərərlər verəcək? - Eurasianet

17:50 | 08.08.2014
Rusiyaya qarşı sanksiyalar Ermənistana nə kimi zərərlər verəcək? - Eurasianet

Rusiyaya qarşı sanksiyalar Ermənistana nə kimi zərərlər verəcək? - Eurasianet

Rusiyaya qarşı sanksiyaların Ermənistana hansı zərərləri vura biləcəyi barədə "Еurasianet.org " saytında maraqlı məqalə dərc edilib. Məqalənin müəllifi Georgi Lomsadzedir. Həmin məqaləni diqqətinizə təqdim edirik:"Rusiyaya qarşı beynəlxalq sanksiyalar artmaqdaykən, rəsmən Rusiya iqtisadiyyatından qidalanan Ermənistan çox çətin vəziyyətə düşə bilər. Rusiyaya qarşı sanksiyalar Ermənistan üçün nə qədər zərərli ola bilər?Ölkə iqtisadiyyatı ilə məşğul olan erməni məmurları və digər səlahiyyətlilər zərərin həcmi barədə dəqiq məlumata malik deyillər. Amma onların hamısının fikri bir məqamda üst-üstə düşür ki, effekt kifayət qədər məhvedici olacaq. Rusiya Ermənistanı enerji ilə təchiz edən ən böyük investordur. Bununla əlaqədar olaraq, sanksiyaların nəticələri potensial olaraq bütün bu istiqamətlərdə hiss oluna və erməni iqtisadiyyatının bütün sahələrinə təsir edə bilər. "Bu mərhələdə ekspert nəticələri çıxartmaq çətin məsələdir. Hətta Rusiya ekspertləri hələ dəqiq hesablamalara malik deyillər", - iqtisadiyyat naziri Karen Çşmarityan belə deyib. Bu barədə “Reqnum” informasiya agentliyi bildirib.ABŞ sanksiyalarının son raundu əsasən, Ermənistanda ən böyük özəl kreditor olan Rusiya bankı VTB-yə (Rusiya Kommersiya Bankı – keçmiş adı “Vneştorqbank”) qarşı yönəldilib. "ABŞ hökuməti tərəfindən VTB-nin kapital bazarına girişini məhdudlaşdıran bu ölçülər, bankın istismar xarakteristikalarına və krediti ödəmə qabiliyyətinə təsir etməyəcək", - Rusiya hökumətinin majoritar səhmdarı olan VTB belə iddia edirdi. Ancaq, "Bloomberg" informasiya agentliyi bildirir ki, VTB bank qrupunun böyük beynəlxalq kreditorları artıq 1,5 milyard dollar məbləğində krediti banka yönəltməyi dayandırdılar.Sanksiyaların başqa hədəfi yenə Ermənistanda fəaliyyət göstərən Qaz Sənaye Bankıdır. Bu bank Rusiyanın enerji nəhəngi Qazpromdur, hansı ki faktiki olaraq, Ermənistana təbii qazın yeganə təchizatçısıdır.

Ermənistan həmçinin Rusiya neft korporasiyası Rosneftə investisiya ümidləri bəsləyir, amma bu təşkilat da beynəlxalq sanksiyaların hədəfi oldu. Rosneft şirkəti böyük rezin istehsalçısı olan erməni "Nairit"ini əldə etməyi planlaşdırırdı. Ermənistanın baş naziri Ovik Abramyan bu planların boşa çıxa biləcəyini istisna etmədi, çünki beynəlxalq sanksiyalar Rosneftdə investisiya layihələrini həyata keçirmək arzusunu öldürə bilər".

Məqalənin tam mətni ilə buradan tanış ola biləriniz.

Tərcümə Ramil Rahiboğlu

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM