Rusiyaya qarşı sayğısızlıq: himn səsləndirilmədi

11:42 | 02.02.2015
Rusiyaya qarşı sayğısızlıq: himn səsləndirilmədi

Rusiyaya qarşı sayğısızlıq: himn səsləndirilmədi

Qadınlar arasında hokkey üzrə dünya çempionatında təşkilatçılar Rusiya himnini səhv salıb.

ANS PRESS-in məlumatına görə, hadisə Rusiya millisinin turnirdə ilk matçı zamanı baş verib.

Rusiyalı hokkeyçilər Çexiyanı 3:1 udduqdan sonra qəbul olunmuş normalara əsasən qalib komandanın ölkəsinin himni çalınmalı idi.

Bu zaman təşkilatçılar Rusiyanın 1990-2000-ci illərdə qəbul edilmiş Mixail Qlinkinin himnini səsləndiriblər.

Rusiya millisinin hokkeyçiləri bir sıraya düzülmüş halda mahnının bitməsini gözləyiblər. Daha sonra komandanın kapitanı təşkilatçılara yaxınlaşır və vəziyyətə aydınlıq gətirmək istəyir.

Lakin düzgün himn yenə də səslənməyib.

Hadisənin videosu internetə yerləşdirildikdən sonra az müddətə yarım milyon baxış cəlb edir.

Qeyd edək ki. Rusiyanın Krımı ilhaq etməsindən sonra ABŞ ilə əlaqələri soyuyub. Bu tip turnirlərdə belə texniki problemlər isə ilk deyil.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM