Ruslan Abışov: "Mənə “Qəbələ” yox, “Rubin” maraqlıdır"

10:33 | 08.01.2014
Ruslan Abışov: "Mənə “Qəbələ” yox, “Rubin” maraqlıdır"

Ruslan Abışov: "Mənə “Qəbələ” yox, “Rubin” maraqlıdır"

Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışovun müsahibəsi- Tətiliniz necə keçir?- Adi qaydada. Evdə, ailəmlə birgə istirahət edirəm.- Geridə qalan 2013-ü dəyərləndirsək, sizin üçün necə il oldu?- İlin əvvəli yaxşı başlamışdı. Amma sonradan əməliyyat oldum. Heyətə təsadüfi hallarda düşdüm. İlin sonu yenə zədələndim. Yığma komandada çıxışım uğurlu oldu. Amma klub karyeram yalnız uğurlu transferlə yadda qaldı.- Yeni ildən nə gözləyirsiz?- Əsas can sağlığı və daim əsas heyətdə oynamaq.- Sanislav Çerçesovun "Rubin"ə baş məşqçi təyin olunacağı barədə yayılan xəbərlərdən məlumatınız var?- Hə, bilirəm. Hər şeydən xəbərim var.- Çerçesov haqda nə bilirsiz?- Düzü, geniş informasiyam olmasa da, "Amkar" və "Terek"də işlədiyini bilirəm. Deyilənə görə, yaxşı məşqçidi.- Sizi "Rubin"ə Kurban Berdiyev aparsa da, heyətə təsadüfi hallarda düşürdüz. Necə fikirləşirsiz, Çerçesov ilə bu, daha çətin olmayacaq ki?- Düşünmürəm ki mənə daha çətin olsun. Kim formada olacaq, hazır olacaq, ona da şans veriləcək. Mən özümü sübut edəcəm.- "Qəbələ" sizi heyətinə qatmaqda israrlı idi. Bu təklif hələ də qüvvədədi?- Bu haqda danışmaq istəmirəm. Məni daha çox "Rubin"dəki karyeram maraqlandırır.- "Rubin"lə yollarınız ayrılsa, vətənə dönəcəksiz, yoxsa ancaq legioner həyatı yaşamağı düşünürsüz?- Azərbaycana qayıtmaq fikrim yoxdu. Karyeramı xaricdə davam etdirərəm.- Komandanız Avropa Liqasında inamlı təsir bağışlasa da, eyni sözü Premyer Liqadakı çıxışınız haqda demək olmaz...- Düzdü, Premyer Liqada istədiyimiz nəticələrə nail ola bilmirik. Rusiya çempionatında bütün klublar bizə qarşı xüsusi motivasiya ilə çıxırlar. İnanıram ki? ikinci dövrədə turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıracağıq. Buna borcluyuq.- Təlim-məşq toplanışınız nə vaxt başlayır?- Yanvarın 11-də Antalyada yığışırıq. Mən birbaşa ora yollanacam. Hələ ki, toplanış barədə yalnız bunu bilirəm. Digər planlarımız barədə klubun düşərgəsinə yollanandan sonra xəbərim olacaq.futbolinfo.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM