Ruslan Abışov: "Qurban Berdıyevin gedişi gözlənilməz oldu"

18:04 | 20.12.2013
Ruslan Abışov: "Qurban Berdıyevin gedişi gözlənilməz oldu"

Ruslan Abışov: "Qurban Berdıyevin gedişi gözlənilməz oldu"

“Qurban Berdıyevin “Rubin”in baş məşqçi postundan gedişi mənim üçün gözlənilməz oldu”. Bunu Lent.az-a açıqlamasında Rusiyanın “Rubin” komandasının azərbaycanlı futbolçusu Ruslan Abışov deyib. Türkmənistanlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayan 26 yaşlı müdafiəçi bildirib ki, futbolçular kimi baş məşqçi də komandadan gedə bilər: “Berdıyev mənim yaddaşında yaxşı baş məşqçi kimi qalacaq. Düzdür, onun rəhbərliyi altında 1 il ərzində demək olar ki, meydana çıxmadım. Amma özümü heç kimdən zəif saymırdım. Bunu Rusiya mətbuatı da yazırdı. Mənə nədənsə az şans verməyinə baxmayaraq, onun məşqlərindən çox şeyi öyrəndim”. Gələcək taleyinə gəldikdə, Abışov “Rubin”lə müqaviləsinin hələ davam etdiyini söyləyib. Həmyerlimiz bu yaxınlarda verdiyi “Görsəm ki, oynatmırlar, başqa kluba icarəyə verilməyimi istəyəcəyəm” açıqlamasına yenidən qayıtmaq istəməyib: “Yanvarın 11-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantımız başlanacaq. Çalışacağam ki, məşqlərdə özümü göstərərək, əsas heyət üzvünə çevrilim. Hazırda mənim üçün əsas hədəf budur. Başqa variantlar – klubumu dəyişmək, icarəyə verilməyim ikinci dərəcəli variantlardır”. Qeyd edək ki, Kurban Berdıyev Tatarıstan prezidenti Rüstəm Minnixanovun qərarı ilə istefaya göndərilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM