"Azəriqaz” İB-nin qaz itkiləri azalıb - MÜSAHİBƏ

17:40 | 21.11.2022

"Azəriqaz” İB-nin qaz itkiləri azalıb - MÜSAHİBƏ

2022-ci ilin 10 ayında "Azəriqaz” İB-nin qaz itkiləri 6.8% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azalıb. Bunu Anews.az-a müsahibəsində "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. Onunla müsahibənin tam mətnini təqdim edirik:
 
- 2022-ci il nə qədər qaz xətti yenilənib və növbəti il üçün nə qədər qaz xəttinin yenilənməsi planlaşdırılır?
 
- 2023-cü ilin planı təsdiq olunmaq üzrədir. Bu ayın sonuna kimi tam təsdiqlənmə yekunlaşacaq. Növbəti il üçün həm təmir, həm də tikinti planını əvvəlki ildən 20 faiz artıq planlamışıq. Ümumilikdə 5000 km-ə yaxın qaz xəttlərinin təmiri nəzərdə tutulub. 

- Gündəlik qaz istehlakı nə qədərdir?
 


- Bu rəqəmlər gündəlik olaraq dəyişir. Bu gündən etibarən gündəlik qazın tələbatı artır. Qazanxanalar,istixanalar mövsümü bu günlərdə açıldığı üçün qaz tələbatı ümümi 25-26 kub metrdir. 

- Hazırda qaz anbanbarlarının imkanları nə qədərdir?

- Biz qazın pərakəndə satışını həyata keçiririk. Anbarlara qazın nə qədər vurulması barəsində dəqiq məlumat bilmirəm. Amma məndə olan məlumata görə qaz anbarlarına keçən ilkindən artıq qaz vurulub. 

- 2022-ci ilin 10 ayında "Azəriqaz"İB tərəfindən nə qədər pulsuz sayğac quraşdırılıb?

- "Azəriqaz” İB tərəfindən bütün sayğaclar ödənişsiz quraşdırılır.Sadəcə qeyri əhali üzrə müəssisələr qaz sayğaclarını sərbəst alır. Bizim laborotoriyada yoxlandıqdan sonra quraşdırma prosesinə başlanlır. 

- Cari ildə neçə kənd və rayon qazlaşdırılıb və 2023 cü ildə bu hədəflər necə olacaq?

- 2022-ci ilin planında 110-a yaxın yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 90-u üzrə proses yekunlaşmaq üzrədir. Digərlərində isə son işlər aparılır. İlin sonuna kimi onlarda da işlər yekunlaşacaq. Növbəti il üçün qazlaşdırma prosesi təxmini 140 yaxın yaşayış massivinin aparılacaq. 

- "Azəriqaz" İB-nin bu il nə qədər yeni abonenti olub?

- 10 ay ərzində yeni abonentlərin sayı 62 min nəfər olub.

- Hazırda bir əraziyə qazın çəkilməsi neciyə başa gəlir?

- Yaşayış massivlərindən asılı olaraq bu qiymət dəyişir. Lakin bütün xərclər "Azəriqaz" İB-nin vəsaiti hesabına aparılır. 

- Azərbaycan ən az qazlaşan ərazi hansıdır?

- Bölgələrdən Lerik,Yardımlı Cəlilabadda qazlaşma digər rayonlara nisbətən aşağıdır. 

- Qazlaşdırma ölkə üzrə 96 faiz idi. Bu rəqəmdə dəyişiklik varmı?

- Hazırda ölkə üzrə qazlaşma 96.3 faizidir.

- Bu il qaz itkisi nə qədər olub?Və ötən ilin dövrü ilə müqayisədə nə qədər fərq var?     

- 2022-ci ilin 10 ayında "Azəriqaz” İB-nin qaz itkiləri 6.8 faiz olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azalma olub. (həcmlə 98 milyon kub metr)

- Qarabağa qazın çəkilməsi ilə bağlı 2022-ci il üçün 4 mərhələli proqram hazırlanmışdı.Hazırda bu işlər hansı mərhələdədir?

- Birinci mərhələdə layihələndirmə işləri idi. Bu işlər artıq yekunlaşmaq üzrədir.Növbəti mərhələ üçün Energetika nazirliyinin tərkbində olan komissiyanın tapşırığı olmalıdır. Bizə bu tapşırıq verildiyi an növbəti ilərə başlayacayıq. 

- 2023-cü il qazın qiymətində artım olacaqmı?Bununla bağlı Tarif Şurasına müraciət etməyi planlaşdırırsızmı?

- Qazın qiymətində heç bir artım olması gözlənilmir. Növbəti il üçün də Tarif Şurasına müraciət edilməsi də planlaşdırılmır. 

- Cari ilin 9 ayında "Azəriqaz" İB nə qədər qaz satıb?Əhaliyə və qeyri əhaliyə satılan qazın faizi nə qədərdir?
 


- Cari ilin 10 ayında satılmış qaz həcmi – 5 milyard 435 milyon kub metr, o cümlədən əhali sektoruna 2 milyard 768 milyon kub metr, qeyri-əahli sektoruna - 2 milyard 676 milyon kub metr  olub.

- Hazırda "Azəriqaz" İB-a borclu olan şirkətlər varmı? Varsa nə qədər borc və hansı şirkətlərdir?

- Qeyri əhali üzrə "Azəriqaz" İB-a borclu olan müəsisə yoxdur. Çünki bir ayın tamamında ödənişi etməyən müəsisələrin qazını kəsirik. Bəzi hallarda dövlət qurumlarının borclarının artması olur. İlin sonuna kimi çalışırıq ki, bu borcları sıfırlayaq. Hazırda dövlət təşkilatları arasında "Azəriqaz” İB-a borcu olan "Qaçqınkom” var. 

- 2023-cü ildə hansı kənd və qəsəbələr qazlaşdırılacaq?Bir plan varmı?

- Növbəti il üçün qazlaşdırma respublikanın hər yerini əhatə edəcək. Sadəcə qazlaşdırması aşağı olan bölgələrdə ən azı iki massivə qaz çəkilməsi planda var. 

- Açıqlama vermişdiz ki, smart sayğaclar yeni mexaniki sayğaclarla əvəzlənəcək və Gəncədə açılan yeni zavodla müqavilə imzalanması nəzərdə tutulub.Bu məsələ nə yerdə qalıb?

- Bu məsələ ilə bağlı proses davam edir. 2000 minə qədər sayğac istehsal olunub. "Socar” və "Azəriqaz” İB mütəxəssisləri tərəfindən sayğaclara baxış keçirilib. Yaxın zamanlarda sayğacların qəbulu həyata keçiriləcək. İlkin mərhələdə test kimi quraşdırılacaq.

Hazırda əhaliyə verilən bir kubmetr qazın maya dəyəri nə qədərdir və bu satış qiymətindən seçilirmi?

- Qazın maya dəyərinin əhali və ya qeyri-əhali abonentləri arasında bölgüsü olmur. Cari ilin 9 ayının nəticəsinə əsasən 1000 kub metr qazın ümumi maya dəyəri 169 manat (ƏDV-siz) təşkil edib. Əhali və qeyri-əhali abonentlərinə verilən qazın satış qiyməti isə Tarif Şurasının müəyyən etdiyi tariflər əsasında müəyyən olunur.

- Cari ilin 10 ayında "Azəriqaz" İB tərəfindən nə qədər qaz qəbul edilib və qəbul olunmuş qaz həcminin nə qədəri sənayə xəttləri nə qədəri əhali xəttləri üzrə olub?

- Cari ilin 10 ayında 5 milyard 836 milyon kub metr təbii qaz qəbul olunub. Qəbul olunmuş qaz həcminin 1 milyard 968 milyon kub metri sənaye xətləri üzrə, 3 milyard 868 milyon kub metri əhali xətləri üzrədir. 2021-ci ilin 10 ayı ilə müqayisədə qazın qəbulunda 197,9 milyon kub metr artım olub, ondan cari ilin 10 ayında keçən illə müqayisədə əhali xətləri üzrə azalma   139,5 milyon kub metr, sənaye xətləri üzrə artım  337,4 milyon kub metr olub.
 

 
İSTİQAMƏT:5.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; 
Qeyd:Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
 

Gülnar Nazimqızı
 






























www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb