Ruslan Qurbanov "Qarabağ"la matçdan öncə yıxılaraq xəsarət aldı

10:45 | 07.05.2019
Ruslan Qurbanov

Ruslan Qurbanov "Qarabağ"la matçdan öncə yıxılaraq xəsarət aldı

Azərbaycan millisinin və "Səbail" komandasının futbolçusu Ruslan Qurbanov zədələnib.


"Report"un məlumatına görə, bu barədə 28 yaşlı hücumçu "Facebook" sosial şəbəkəsində məlumat verib.


Qurbanov Premyer Liqanın XXVII turunda "Qarabağ"la matçın başlamasından 5 dəqiqə əvvəl soyunub-geyinmə otağında yıxıldığını bildirib. Müayinədən sonra forvardın qolunda çat aşkarlanıb.


Oyunçu bu gün əlinin gipsə qoyulduğunu vurğulayıb.


Qeyd edək ki, "Qarabağ" - "Səbail" matçı Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM