Ruslana: “Ukraynada dəyişikliklər baş verməsə, özümü yandıracağam”

11:57 | 06.12.2013
Ruslana: “Ukraynada dəyişikliklər baş verməsə, özümü yandıracağam”

Ruslana: “Ukraynada dəyişikliklər baş verməsə, özümü yandıracağam”

Ukraynanın xalq artisti, 2004-cü ildə “Eurovision” müsabiqəsinin qalibi olmuş Ruslana Lıjiçko bəyan edib ki, ölkədə dəyişikliklər baş verməsə, özünü yandıracaq.APA-nın “tch.ua” saytına istinadən verdiyi məlumata görə, Ruslana bunu Kiyevin Müstəqillik Meydanında çıxış edərkən deyib. O bəyan edib ki, mitinqçilərin tələbləri qəbul edilməzsə, özünə qəsd etməyə hazırdır. Sənətçi insanları bir olmağa və geri çəkilməməyə çağırıb: “Mən sizə dəqiq deyirəm ki, dəyişikliklər olmasa, bu meydanda  özümü yandıracağam. Mən buna qəti olaraq qərar vermişəm”. Xatırladaq ki, Ruslana etirazların ilk günündən nümayişçilər dəstək verir.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti