Rusiyalıların yarıdan çoxu Vladimir Putini 2018-ci ildən sonra da prezident kürsüsündə görmək istəyirlər.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, dövlət başçısına münasibətin təhlilinin nəticələrini dekabr ayının 3-də "Levada Mərkəzi” dərc edib.
Sorğunun nəticələrinə görə, sorğuda iştirak edənlərin 58 faizi ölkə başçısının səlahiyyət müddəti sona yetdikdən sonra da vəzifədə qalmasını istədiklərini bildirdilər. 19 faiz iştirakçı Putini 4 ildən sonra vəzifədə görmək istəmədiklərini bildirib və 22 faiz iştirakçı isə cavab verməyə çətinlik çəkib. Rusiyada baş verənlərə Putinin təsirini qiymətləndirərkən sorğuda iştirak edənlərin 71 faizi onu güclü, o cümlədən 24 faizi onu çox güclü hesab ediblər.
Daha öncə Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, o öz namizədliyini 2018-ci ildə irəli sürə bilər. "Əhval-ruhiyyəmin ümumi kontekstindən çıxış edəcəm. İndi bu haqda düşünmək lazımdır? 2014-cü il bitməyib, siz isə 2018-dən danışırsız. Vaxt çoxdur, bu, hələ çox su aparar”, - prezident qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !