Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi

18:59 | 25.02.2020
Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi

Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi

Bir neçə gündür Rusiya silahlı qüvvələrinin hava hücumları Türkiyə ordusuna böyük zərbə vurur. Ardıcıl iki böyük hücum zamanı türkiyəlilərin 16 əsgərini itirdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Rusiya hərbi təyyarələrinin növbəti həmləsi effekt verməyib. Türkiyə ordusu geri çəkilməyib. Qardaş ölkənin əsgərləri Suriyanın Nayrab şəhərindəki mövqelərini əldən verməyib.
Rusiya mətbuatı şimal ölkəsi ordusunun həmlələrindən açıq-aşkar yazır. Yazılanlara görə, hücumlar gecə saatlarında başlayıb. Təkcə Nayrabda Türkiyə ordusu və Suriya müxalifətinin mövqelərinə 87 zərbə endirilib. Bundan başqa, Latakiya və Hama əyalətlərində də hücumlar olub. Türkiyə ordusu həm zərbələrə sinə gərib, həm də cavab baxımından borclu qalmayıb. Reaktiv artilleriyanın köməyi ilə hökumət qüvvələrinə çoxsaylı zərbələr endirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb