Ruslar bu adı üstlərindən atır - Putin istədi deyə

10:15 | 31.03.2015
Ruslar bu adı üstlərindən atır - Putin istədi deyə

Ruslar bu adı üstlərindən atır - Putin istədi deyə

Rusiya Federasiyası Gömrük Xidməti dövlət başçısı Vladimir Putinin 2012-ci ildə vəzifəyə başlayarkən verdiyi "Rusiya xalqının sağlamlığının qorunması haqqında" qərarının nəticələrini açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, nəticələrə görə artıq rusların daha az spirtli içki içdiyi, siqaret çəkdiyi və daha çox idman etdiyi ortaya çıxıb. Eyni zamanda spirtli içki səbəbilə ölən rusların sayında da azalma baş verib.

Rəqəmlərə görə, 2008-ci ilə ölkədə siqaret çəkənlərin sayı 33,7 faiz olubsa, 2013-cü ildə bu rəqəm 28,3 faizə enib.

Rusiyada adambaşına düşən spirtli içki istifadəsi 2008-ci ildə 16,2 litr olubsa, bu rəqəm 2013-cü ildə 11,6 litrə düşüb.

2013-cü ildə ölkədə spirtli içki nəticəsində zəhərlənənlərin sayı 100 min 9,7 nəfər olubsa, 2014-cü ildə bu rəqəm 100 min 8,9-a enib.

Ölkədə 15 yaşdan yuxarı vətəndaşların spirtli içki istehsalı 2011-ci ildə 38,2 faiz idisə, 2014-cü ildə bu rəqədm 41,6 faizə yüksəlib.

2012-ci ildə müntəzəm şəkildə idman edənlərin faiz göstəricisi 20,6 faiz olubsa, 2014-cü ildə bu rəqəm 29,3 faiz təşkil edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM