Moskva polisinin İstintaq Komitəsinin rəhbəri Vadim Yakovenko bu barədə açıqlama verib
Müstəntiqlər moskvalı Yeqor Şerbakovun ölüm səhnəsini tam canlandırıblar. ANS PRESS Rusiyanın «Novosti» agentliyinə istinadən bildirir ki, bu barədə Moskva polisinin İstintaq Komitəsinin rəhbəri Vadim Yakovenko bildirib.
Oktyabrın 10-da Moskvanın cənubunda yerləşən Qərbi Brulyevo rayonunda gənc oğlan naməlum adam tərəfindən bıçaqlanıb və qatil aradan çıxıb. Daha sonra şübhəli kimi Azərbaycanın Şəmkir rayon sakini Orxan Zeynalov tutulmuşdu və bu ciddi ictimai səs-küyə səbəb olmuşdu. Rusiya hakimiyyəti əmək miqrantlarını ölkədən çıxarmağa başlamışdı.
"Müstəntiqlər baş verənlərin mənzərəsini tam canlandırıblar. Qətl günü axşam Zeynalov kafedə olub. Evə dönən zaman içkili olan Zeynalov Şerbakov və onun sevdiyi qızla rastlaşır və onları təhqir etməyə başlayıb. Yeqor isə qızı müdafiə edib və Zeynalov ona cavab verib ", - deyə Yakovenko vurğulayıb.
Onun sözlərinə görə, bundan sonra Orxan Zeynalov cibindən bıçağını çıxararaq gənc oğlana iki zərbə vurub və onların biri düz ürəyindən dəyib.
ANS PRESS