Ruslar Qarabağa qaz satmayacaq

15:30 | 24.07.2014
Ruslar Qarabağa qaz satmayacaq

Ruslar Qarabağa qaz satmayacaq

Rusiyanın “Qazprom” şirkəti keçən ilin dekabr ayında əldə etdiyi “Armrosqazprom” şirkətinin strateji aktivi Teq-Xankəndi qaz kəmərindən imtina edir. 
ANS PRESS-in məlumatına görə, erməni mətbuatı bunu Rusiyanın Qarabağdan uzaq durması ilə izah edib. Yəni ruslar Qarabağa qaz satmaqdan imtina ediblər. 
Bir sıra erməni KİV-ləri “Qazprom”a yerli oliqarxların da təsir edə biləcəyini iddia edirlər. Yerli oliqarxlar əsasən qazı İrandan uсuz qiymətə alırlar və sıxılmış şəkildə Azərbayсanın işğal edilmiş ərazilərində satırlar. Adətən sıxılmış qaz Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanla müqayisədə 2 dəfə baha satılır. 
Nəticədə, Azərbaycanın işğal edilmiş ərazilərində pasportları əlindən alınaraq yaşamağa məhkum edilmiş ermənilər qazandıqları qəpik-quruşu qaza və başqa kommunal xidmətlərə verərək erməni oliqarxları varlandırır. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM