Ruslar raketlə dolu Ukrayna hərbi hissəsini ələ keçirdilər

15:01 | 10.03.2014
Ruslar raketlə dolu Ukrayna hərbi hissəsini ələ keçirdilər

Ruslar raketlə dolu Ukrayna hərbi hissəsini ələ keçirdilər

Bu gün gecə saatlarında silahlı rus hərbçiləri Krımda Ukrayna ordusuna məxsus xüsusi raket hərbi hissəsinə hücum ediblər.

“Axar.az” xəbər verir ki, hərbçilər tamamilə hərbi hissəsi ələ keçirməyə müvəffəq olublar.

“Qara dəniz Donanmasındakı mənbələrin sözlərinə görə, 200-ə yaxın rus hərbçisi 14 yük maşını ilə xüsusi raket hərbi hissəsinə daxil olublar. Hücum nəticəsində hərbi hissənin bütün əsgərlərini, həmçinin karaul xidmətini tərksilah ediblər” deyə Ukrayna Müdafiə Nazirliyinin Krım Regional tibb mərkəzinin rəhbəri Vladislav Seleznyov “Feysbuk” səhifəsində yazıb.

Onun sözlərinə görə, yaşıl geyimli adamlar hərbi hissənin əsgərlərindən silahlarını təhvil vermələrini və ərazini tərk etmələrini tələb ediblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM