Ruslar ötən il rekord sayda içki içiblər

23:01 | 21.06.2024
Ruslar ötən il rekord sayda içki içiblər

Ruslar ötən il rekord sayda içki içiblər

2023-cü ildə Rusiyada spirtli içki satışı son doqquz il ərzində rekord həddə çatıb. Bu barədə "Kommersant” "To be Precise” layihəsinin analitiklərinin araşdırmasına istinadən yazır.

Ölkədə alkoqolun populyarlığı, ekspertlərin qeyd etdiyi kimi, 2000-ci ildən bəri azalır. Məsələn, 2007-ci ildə 15 yaşdan yuxarı adama 11 litr təmiz spirt düşürdüsə, 2017-ci ildə bu, 7 litr olub.

Lakin son vaxtlar spirtli içkilərin satışı yenidən artmağa başlayıb. 2023-cü ildə bu rəqəm adambaşına 8 litrə çatıb ki, bu da son doqquz ilin rekordudur.

Rusiya İqtisadiyyat Məktəbinin Demoqrafik Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, demoqraf Yevgeni Andreyevin sözlərinə görə, əhali pandemiya və Ukraynadakı müharibə səbəbindən "psixoloji gərginliyə” bu cür reaksiya verir.

Tədqiqat müəllifləri həmçinin ölkədə qeydiyyata alınmamış alkoqolun əhəmiyyətli miqdarına görə alkoqol istehlakının faktiki səviyyəsinin rəsmi statistikadan xeyli yüksək ola biləcəyini iddia edirlər. Eyni zamanda, istehlak edilən içkilərin təxminən 60 faizini araq, konyak və spirtli içkilər təşkil edir.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür