Rusların 58%-i Nemtsovun qətlində Putini günahkar saymır

22:16 | 19.03.2015
Rusların 58%-i Nemtsovun qətlində Putini günahkar saymır

Rusların 58%-i Nemtsovun qətlində Putini günahkar saymır

Müxalif siyasətçi Boris Nemtsovun qətli rusların 37%-də heç bir təsir buraxmayıb.

Avropa.info xəbər verir ki, Rusiyada keçirilən ictimai sorğu zamanı məlum olub ki, respondentlərin sadəcə 42%-i prosesləri izləyib. 48% isə bu haqda nə isə eşitdiyini deyib. 

Rusların yarısı (44%) qətlin sifarişçilərinin tutulmayacağına əmindir. 58% Rusiya hakimiyyətinin qətldə əli olduğuna inanmır. 15% əksini deyir. 26% isə suala cavab verməkdə çətinlik çəkib. 

13-16 mart arası keçirilən sorğuda Rusiyanın 46 regionundan 1600 adam iştirak edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM