Rusların Qarabağa əzələ nümayişi - Euobserver.com

11:00 | 18.11.2013
Rusların Qarabağa əzələ nümayişi - Euobserver.com

Rusların Qarabağa əzələ nümayişi - Euobserver.com

 
Aleksandros Petersen
Əgər rəsmi Moskva ümid edirsə ki, Soçi Qış Olimpiadasının keçirilməsi ərəfəsində Qafqazda vəziyyət  sabit olacaq, deməli, onun yerlərdəki komandirləri bununla bağlı təlimatlandırılmayıblar.
Ötən ayın sonunda, Rusiaynın Ermənistanın Gümri şəhərində yerləşən 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinskiy Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzetinə müsahibəsində vurğulamışdı ki, əgər Azərbaycan "Dağlıq Qarabağ üzərində öz suverenliyini güc yolu ilə bərpa etmək qərarına gəlsə", onda Rusiya Azərbaycana qarşı "silahlı münaqişəyə qoşulmağı" hazırdır.
 
Ruzinskiy əlavə etmişdi ki, onun əməkdaşları bu yaxınlarda "döyüş əməkdaşlığı rayonlarına" baş çəkiblər və növbəti ildə erməni silahlı qüvvələri ilə birgə hərbi təlimləri artırmağı planlaşdırırlar.
Region, həmçinin də Avropa Birliyi üçün sirr deyil ki, ruslar Dağlıq Qarabağ münaqişəsini dəstəkləyir. Eyni zamanda bu dəstək rusların hər iki tərəfə silah satışını təmin etməklə müşahidə edilir. Moskva hər zaman çalışb ki, bütün vasitələrdən istifadə etməklə Ermənistana, Azərbaycana və onlara coğrafi cəhətdən yaxın olan Gürcüstana təsir imkanlarını saxlaya bilsin.
  
Dağlıq Qarabağ münaqişəsində əsas həlledici firuq olan Rusiya bu dağıdıcı status-kvonu dəstəkləmək məqsədilə öz hərbi gücündən istifadə edir. Bununla da Azərbaycan və Ermənistan arasında hərbi balansı təmin etməyə çalışır.
Rusiyanın apardığı bu siyasət nəticəsində regional dinamika hiss olunur, Ermənistan təhlükəsizlik sahəsində Rusiyadan tamamilə asılı vəziyyətə düşüb, əslində görünən odur ki, de-fakto erməni müstəqilliyi mövcud deyil. Son nəticə isə belə oldu; prezident Serj Sarkisyan Avropa Birliyi ilə assosiasiya haqqında razılaşma imzalamaq əvəzinə Rusiya ilə Gömrük İttifaqına üzvlüklə bağlı yaltaq bəyanatla çıxış etdi.
Bu bəyanat, həmçinin, Bakı və Yerevan arasında güc balansının tədricən Azərbaycanın xeyrinə dəyişməsini özündə ehtiva edir. Azərbaycanın böyük hərbi büdcəyə malik olması isə neft və qazın sayəsində mümkün olub.
Rusiya və Ermənistanda qərar qəbul edən şəxslərin arasındakı sıx əlaqədən başqa, məhz Azərbaycana münasibətdə Moskva hiss edir ki, onu saxlamaq lazımdır – həm enerji resurslarına görə, həm də son yarım onillikdə ərzində Azərbaycan rəhbərliyinin qərbyönümlü orientasiyasına görə.
Rusiyada qərarlar qəbul edən dairələr sübut etmək istəyirlər ki, Rusiyayla müqayisədə Avropa Birliyinin seçimi yanlışdır. Yeri gəlmişkən – bu, həm də təhlükəli addımdır. Onu da vurğulamaq yerinə düşər ki, polkovnik Ruzinskinin açıqlamaları  2008-ci il müharibəsinə qədər Rusiyanın Gürcüstanı hədələməsini xatırladır.
Bu açıqlamalar həm də Dağlıq Qarabağ münaqişəsini qızışdırmağa daha çox hazırdır.
Gümdidəki 102-ci hərbi bazada 5000 hərbi qulluqçu var və bu hərbi qulluqçuları silahlandırmaq üçün tanklar, artilleriya, vertolyotlar, MİQ-29 təyyarələri və “İskəndər-M” taktiki ballistik raketləri var.
Gürcü müharibə zamanı Rusiya liderləri qəribə bəhanələr uydurmaq məcburiyyətində qalmışdılar. Belə bəhanələrdən biri də o idi ki, Rusiya Silahlı Qüvvələri iki kiçik müstəqil dövləti qorumalıdılar. Amma Dağlıq Qarabağ məsələsində Moskva sadəcə Emənistanla qarşılıqlı müdafiə haqqında pakta və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı öhdəliklərinə əsaslana bilər. 
Qarabağ münaqişəsində Rusiyanın aşkar meyli onun ATƏT-in Minsk Qrupu adlanan qurumda həmsədrliyini də şübhə altına.
Son iki onillikdə münaqişəni diqqətlə izləyən hər kəs yaxşı bilir ki, Rusiya nəinki vasitəçidir, həm də münaqişə tərəflərindən biridir. Amma indiyə kimi bütün iştirakçılar Rusiyanın obyektiv mövqe tutması bəhanəsiylə hərəkət edirdilər. Polkovnik Ruzinskinin açıq bəyanatı Rusiyaya güvənərək münaqişənin nizama salınması strategiyasını davam etdirmək üçün fransız və amerika diplomatlarını çətin vəziyyətdə qoyur.
Dağlıq Qarabağ münaqişəsində Rusiyanın tərəflərdən biri kimi aktiv rolu yeni xəbər deyil.
Bununla belə, Moskva tərəfindən Azərbaycanın və bütövlükdə regionun bostanına atılmış daş, münaqişə tezliklə həll olunmayacağı təqdirdə, Qafqazda baş verə biləcək dəhşətli fəlakəti xatırladır.
Ermənistan və Azərbaycan arasında hərtərəfli danışıqların keçirilməsi ilk addımdır. Amma bunda aparıcı rolu demək olar ki, dürüst oyunçular kimi Fransa (Avropa Birliyi) və ABŞ oynamalıdır.
Jurnalist "Ümumdünya ada: Avrasiya geosiyasəti və Qərbin taleyi" jurnalist tədqiqatının müəllifi və www.chinaincentralasia.com saytının redaktorudur.
euobserver.com / opinion/122032
  
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM