Bu sözləri "Best Model of the World 2007” yarışmasının qalibi Rüstəm Cəbrayılov Oxu.Az-a açıqlamasında söyləyib.
Rüstəm bir müddət öncə "Azərbaycan gözəli 2019” seçilən Melisa Nuriyevanın müdafiəsinə qalxıb:
"Sosial şəbəkədə yazılan şərhləri oxudum, böyük əksəriyyət münsiflər heyətinin üzvlərini təhqir edirdi. Yaxşı ki mən bu yarışmada münsif olmamışam (gülür). Əgər bir yarışma keçirilirsə, oraya 10 nəfər seçilirsə, təbii ki, onların arasından kimsə seçilməlidir.
Mən istəməzdim ki, insanlar bir azərbaycanlı xanım haqqında bu qədər pis şərhlər yazıb, bu dərəcədə pis reaksiya versinlər. Yox, əgər kimsə nəsə deyirsə və nəticədən narazıdırsa, getsin, özü yarışmada iştirak etsin. Yaxşı olduğunu sübut etsin”.
Modellik sahəsində yetərincə uğur qazanan Cəbrayılov indi də özünü aktyor kimi sınayır. "Açıq-saçıq və ehtiraslı səhnələrə çəkilərsən?” sualına Rüstəm belə cavab verib:
"Tezliklə yeni çəkildiyim filmin premyerası olacaq. Filmdə aldığım qonorar 15 min manatdır. O ki qaldı ehtiraslı səhnələrdə rol almağıma, elə məhz bu səbəbdən uzun müddətdir ki, idmanla məşğul olmuram (gülür). Təbii ki, peşəkar şəkildə lentə alınarsa, çəkilmək olar.
Mən subayam. Maksimum tez zamanda subaylığın daşını atıb evlənəcəyəm. Çünki mənim yaşımda meşədə bir ağac da qalmayıb. Ay yarımdan sonra 33 yaşım tamam olur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !