Rüstəm İbrahimbəyov Bakını tərk etdi

12:31 | 18.02.2019
Rüstəm İbrahimbəyov Bakını tərk etdi

Rüstəm İbrahimbəyov Bakını tərk etdi

Bu yaxınlarda (fevralın 5-də) 80 yaşını qeyd edən tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun uzun müddətdən sonra Bakıya gəlməsi barədə məlumat vermişdik.


Modern.az saytı tanınmış kinorejissorun Bakı təəssüratları barədə informasiya əldə etməyə çalışsa da, bu, mümkün olmayıb.


Belə ki, Rüstəm İbrahimbəyovun dostları Modern.az-a açıqlamasında onun artıq Azərbaycanı tərk etdiyini söyləyiblər.


"Hazırda Rüstəm İbrahimbəyov Heydər Əliyev adına hava limanındadır. O, Azərbaycanı tərk edib Moskvaya qayıdır”.


Qeyd edək ki, dünən  Azərbaycan Kinematoqrafçılar ittifaqı İdarə Heyətinin iclası keçirilib. Daha sonra dostları həmin ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd etmək üçün məclis təşkil ediblər. 


Sosial şəbəkələrdə R.İbrahimbəyovun iştirak etdiyi məclisdən fotoşəkillər də paylaşılıb.


Şəkildən görünür ki, məclisdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər yer alıb.


Qeyd edək ki, 2013-cü ilin prezident seçkilərində Milli Şurasının vahid namizədi olaraq Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülsə də, o, Bakıya gələ bilmədi.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM