Rüşvətə görə işdən çıxarılan gömrük rəisi nazirin əmisi oğludur - FOTO

23:06 | 20.05.2019
Rüşvətə görə işdən çıxarılan gömrük rəisi nazirin əmisi oğludur - FOTO

Rüşvətə görə işdən çıxarılan gömrük rəisi nazirin əmisi oğludur - FOTO

Xəbər  verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Qırmızı körpü” gömrük  postunun rəisi Rəşad Babayevi tutduğu  vəzifədən azad edib.


R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət  araşdırılıb və post rəisi işdən azad olunub.


Unikal.org R.Babayevlə bağlı bəzi məlumatlar əldə  edib.  Əldə etdiyimiz məlumata görə,  "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi  oğludur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb