Rövnəq Abdullayev DESFA-nın özəlləşdirilməsindən danışdı

09:10 | 19.12.2013
Rövnəq Abdullayev DESFA-nın özəlləşdirilməsindən danışdı

Rövnəq Abdullayev DESFA-nın özəlləşdirilməsindən danışdı

Rövnəq Abdullayev Yunanıstanın DESFA qaz paylaıyıcı şəbəkənin özəlləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib . ANS PRESS-ə verdiyi açıqlamada Rövnəq Abdullayev bu məsələ ilə bağlı Yunanıstan və Azərbaycan arasında heç bir problemin olmadığını deyib. Bəzi KİV-lərin yaydığı məlumatları təkzib edən R. Abdullayev deyib ki, ARDNŞ tenderi udub, qaz paylayıcı şəbəkənin özəlləşdirilməsində heç bir problem yoxdur.“Yaxın günlərdə hər iki tərəfin iştirakı ilə imzalama mərasimi olacaq. Söhbət yalnız texniki proseduradan gedir. Əlbəttə imzalanma dekabrın 17-də Bakıda baş tutmalı idi. Amma Yunanıstan baş nazirinin texniki səbəbdən Bakıya baş tutmayan səfəri buna mane oldu. Bu həftənin sonu gələn həftənin əvvəli məsələ öz həllini tapacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM