Dövlət Neft Şirkəti neftçi ailələrinə 303 mənzil verib.ANS PRESS-in məlumatına görə, bu mənzillər işçilərə kredit formasında verilib. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu sosial layihə ilə bağlı yeni bir sistem hazırlanır:“Bildiyiniz kimi, sosial layihələr maliyyə tutumludur. SOCAR isə kommersiya şirkətidir. Biz elə etməliyik ki, nə şirkətə, nə də insanlara ağırlıq düşməsin. Artıq öz imkanlarımız daxilində1800 ailəyə mənzil vermişik. Bizdə ev növbəsinə duran 6 mindən çox adam var. İndi minə yaxın mənzil tikilib. Bu gün 8 bolkdan ibarət 303 mənzil neftçi ailələrinə təqdim olunub". ARDNŞ prezidenti həmçinin qeyd edib ki, SOCAR-ın gənc mütəxəssislərinə və tələbələrinə də bu proqram çərçivəsində mənzillər verilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !