Azərbaycanda 20 sentyabr Neftçilər günü peşə bayramı ilə əlaqədar "Mən neftçiyəm" mövzusunda videoçarxlar hazırlanıb.
"Report" xəbər verir ki, qısametrajlı videoçarxlarda Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində çalışan ayrı-ayrı şəxslərin ölkənin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edilir, müasir beynəlxalq standartlara uyğunlaşan sənaye texnologiyaları və iş prinsiplərinə əsaslanan əmək fəaliyyəti nümayiş olunur.
Videoçarxların çəkilişləri "Ronin" şirkəti tərəfindən "Neft daşları"nda və SOCAR-ın laboratoriyalarında aparılıb.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda Neftçilər günü peşə bayramı kimi qeyd edilir. Bu günün neftçilərin peşə bayramı günü kimi qeyd olunması 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.
Bizi sosial şəbəkələrdə izləyin !