Rövnəq Abdullayev Türkiyədəki payını satır

12:33 | 09.08.2014
Rövnəq Abdullayev Türkiyədəki payını satır

Rövnəq Abdullayev Türkiyədəki payını satır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin "Star" mediaholdinqində payının satılması ilə bağlı yerli iş adamı Fəttah Tamince ilə danışıqlara başlayıb. Trend-in məlumatına görə, bu barədə "Reuters" "SOCAR Turkey"ə istinadən məlumat verir."SOCAR Turkey"in baş direktoru Kənan Yavuz bildirib: "Biz ARDNŞ-in holdinqdəki 50 faiz payının satılması haqqında danışıqlara başlamışıq. Əgər danışıqlar uğurla başa çatarsa, ölkədə iri layihələrə cəmləşmək üçün bu bazardan tam çıxacağıq".Qeyd edək ki, ARDNŞ və sahibkar Ethem Sancağın birgə mülkiyyətində olan "Star" media qrupu eyni adlı qəzet və bir neçə telekanaldan ibarətdir. F. Tamince və E. Sancak Baş nazir Rəcəb Tayyib Ərdoğan və hakim partiya yaxınlıqları ilə tanınırlar.ARDNŞ Türkiyədə ayrıca bölmə ilə təmsil olunub və Türkiyənin "Petkim" iri neft-kimya kompleksinin ortağıdır. Kompleksi xammal ilə təmin etmək məqsədilə yeni neft emalı zavodu tikiləcək. "Petkim"in inkişafı çərçivəsində kompleksin yerləşdiyi ərazidə yeni elektrik stansiyasının tikintisi və konteyner limanının inkişafı da planlaşdırılır.

ARDNŞ 2017-ci ildə "Star" neft emalı zavodunun istismara verilməsindən sonra Türkiyənin sayca üçüncü ən iri müəssisəsi və bu ölkənin energetika sahəsində birinci şirkəti olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM